Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İcra başçılarının maaşı nə qədərdir? -
İcra başçılarının maaşı nə qədərdir? -
Cəmiyyət

İcra başçılarının maaşı nə qədərdir? - SİYAHI

Xpress.az Redaksiyası 13.11.2025 13:45

Azərbaycan Respublikasında icra hakimiyyəti başçılarının aylıq əməkhaqları inzibati-ərazi vahidlərinin statusu və əhalisinin sayına uyğun olaraq müəyyən edilir. Bu sistem bölgələr arasında sosial-iqtisadi fərqləri və idarəetmə məsuliyyətini nəzərə alır. 1 mart 2022-ci ildən etibarən icra başçılarının maaşlarına əhəmiyyətli artım tətbiq olunub — həmin tarixdən etibarən əsas maaşın üzərinə 1,5 misli əlavə hesablanır.


Xpress.az iqtisadçı ekspert Natiq Cəfərlinin "İcra Başçılarının maaşları" araşdırmasını təqdim edir: 


Bakı şəhəri icra başçısı – 7 650 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5 625 manat
Əhalisi 100 mindən çox olan rayonlar (məsələn, Abşeron, Masallı, Şəmkir və s.) – 4 587,5 manat
Əhalisi 50–100 min arasında olan rayonlar (məsələn, Ucar, Lerik, Beyləqan və s.) – 4 225 manat
Əhalisi 50 minədək olan rayonlar (məsələn, Xızı, Sədərək, Daşkəsən və s.) – 3 837,5 manat
Tutumlar və kəsintilər
İcra başçılarının maaşlarından aşağıdakı məbləğlər tutulur:
14% – gəlir vergisi
3% – Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə ayırma
2% – icbari tibbi sığorta haqqı
0,5% – işsizlik sığortası
(Əlavə olaraq) Yeni Azərbaycan Partiyasına üzvlük haqqı

1 mart 2022-ci ildən əvvəl icra başçılarının maaşları xeyli aşağı idi. Məsələn, həmin tarixədək Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aylıq maaşı cəmi 3 060 manat təşkil edirdi. Maaşların artırılması qərarı icra strukturlarında motivasiyanın gücləndirilməsi və idarəetmənin effektivliyinin artırılması məqsədi daşıyırdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək