Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ermənistan-Rusiya arasında taxıl savaşı: Qafqazda...
Ermənistan-Rusiya arasında taxıl savaşı: Qafqazda yeni güc balansı
Siyasət

Ermənistan-Rusiya arasında taxıl savaşı: Qafqazda yeni güc balansı AÇIQLAMA

Xpress.az Redaksiyası 13.11.2025 16:17

Son günlər Ermənistan və Rusiya arasında taxıl tədarükü və iqtisadi əməkdaşlıq mövzusunda fikir ayrılıqları gündəmə gəlib. Bu vəziyyətin Cənubi Qafqazda regional balans və Azərbaycanın maraqlarına necə təsir edə biləcəyi sualı marağa səbəb olub. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Xpress.az saytına açıqlama verib.

Deputat bildirib ki, Ermənistanla Rusiya arasında iqtisadi əməkdaşlıq, xüsusilə də taxıl məsələsində yaranan fikir ayrılığı iki ölkə arasında gərginliyin siyasi müstəvidən iqtisadi sahəyə keçdiyini göstərir:
“Məlumdur ki, bu gün Ermənistan öz taxılının təxminən 80 faizini Rusiyadan idxal edir. Lakin Qərbə inteqrasiya məqsədilə Ukraynadan taxıl almaq istəyir və bununla da Ukraynanı iqtisadi cəhətdən dəstəkləməyə çalışır. Bu isə təbii ki, Rusiyanın maraqlarına ziddir,” – deyə Arzu Nağıyev bildirib.

Deputatın sözlərinə görə, belə vəziyyətdə Cənubi Qafqazda yeni reallıqlar formalaşır:
“Əgər Rusiya Ermənistanla iqtisadi əlaqələri məhdudlaşdırarsa, bu, Ermənistanın ərzaq təhlükəsizliyi və enerji asılılığı üçün ciddi risklər yarada bilər. Qərb bazarlarına çıxış imkanlarının məhdudluğu da ölkəni çətin vəziyyətə salır. Moskva bu asılılıqdan təzyiq aləti kimi istifadə edir və 2026-cı il seçkiləri ərəfəsində bu təzyiqlərin daha da artacağı gözlənilir.”
Arzu Nağıyev hesab edir ki, yaranmış vəziyyət Azərbaycan üçün strateji üstünlüklər formalaşdırır:
“Regionda iqtisadi və logistika mərkəzi kimi Azərbaycanın rolu daha da güclənir. Artıq bir çox daşınmalar ölkəmizin ərazisindən keçir. Ermənistanın Rusiyadan uzaqlaşması fonunda Türkiyə ilə münasibətlərin yaxınlaşması da Azərbaycan-Türkiyə tandemini daha da möhkəmləndirir.”

Deputat vurğulayıb ki, iqtisadi asılılıq böhranı Ermənistanı daha realist siyasət yürütməyə və sülh sazişinə konstruktiv yanaşmağa məcbur edəcək:
“Rusiya-Ermənistan münasibətlərindəki gərginlik qısamüddətli risklər yaratsa da, uzunmüddətli dövrdə bu proses Azərbaycanın regional mövqelərinin möhkəmlənməsinə və sülhün bərqərar olmasına xidmət edə bilər.”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək