Cəmiyyət
Bakıda IT muzeyi yaradılır
Xpress.az Redaksiyası
13.11.2025 20:45
Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.
Bu barədə layihənin təşəbbüskarı Vahid Qasım öz sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, bu muzeyin əsas məqsədi köhnə texnologiyaları, qurğuları və məlumat daşıyıcılarını tələbələrin diqqətinə çatdırmaq və onlarda IT-nin köklərinə maraq oyatmaqdır.
Qeyd olunub ki, muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında (metronun "Elmlər akademiyası" stansiyasının yaxınlığı) yerləşəcək.