Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Təhsil ekspertindən müəllimlərin maaş artımı istəy...
Təhsil ekspertindən müəllimlərin maaş artımı istəyinə ETİRAZ:
Təhsil

Təhsil ekspertindən müəllimlərin maaş artımı istəyinə ETİRAZ: "Etiraz edənlərin əsas marağı maaşdır"

Xpress.az Redaksiyası 14.11.2025 09:26

"Elm və Təhsil naziri Emin Əmrullayevin irəli sürdüyü yeni modelin mahiyyəti aydındır: müəllimi məktəbə bağlamaq, onun əməyini real dəyərləndirmək və peşəni həm maddi, həm də mənəvi baxımdan daha cəlbedici etmək. Bu islahat müəllimi məcbur etmir — əksinə, könüllülük, rəqabət və yüksək göstəricilərə əsaslanan bir sistem qurur. Dünyanın inkişaf etmiş təhsil modellərində müəllim statusunu müəyyən edən əsas mexanizmlər də məhz bunlardır"

Xpress.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. 

Hazırda etiraz edənlərin əksəriyyətinin əsas marağı yalnız maaş məsələsidir. Amma demək olar ki, heç kim belə suallar vermir: “Bu model şagirdə nə qazandıracaq?”, “Təhsilin keyfiyyəti necə artacaq?”, “Niyə uşaqlar oxuduğunu anlamır?” Problem məhz buradadır. Əgər ümumi nəticələrimiz dünyanın ən zəif Afrika ölkələrindən də aşağıdırsa, PISA-da şagirdlərimizin 60 faizi oxu–anlama tapşırıqlarının öhdəsindən gələ bilmirsə, 9–11-ci sinif buraxılış imtahanlarında yüz minlərlə şagird 0–100 bal aralığında ilişib qalırsa, deməli, yalnız maaşdan danışmaqla kifayətlənmək olmaz — təhsil nəticələri barədə də ciddi düşünmək lazımdır.
Müəllim yüksək əməkhaqqına və güclü sosial təminata tam layiqdir — bunun mübahisəsi yoxdur. Amma bir reallıq da var: əgər Finlandiya səviyyəsində maaş tələb ediriksə, onda Finlandiya səviyyəsində nəticə də göstərməliyik. Bizdə isə nə maaş “Finlandiya”dır, nə də nəticələr “Somali standartı”ndan yuxarıdır.
Bəziləri belə arqument gətirir: “Şəhər məktəblərində şərait var, kənd məktəbləri isə soyuqdur, avadanlıq yoxdur — əlavə iş saatı necə tətbiq olunsun?” Bu arqument islahatın yanlışlığını yox, illərlə yığılan infrastruktur boşluğunu göstərir. Yeni model məhz həmin boşluğu ölçmək, inventarlaşdırmaq və resursları ehtiyaca uyğun bölmək üçün hazırlanıb. Əvvəlki “saat yığma” sistemi bunu mümkünsüz edirdi — məktəb nə qədər dərs saatı yazırdısa, maliyyə də o qədər gedirdi və zəif məktəblərin real ehtiyacı statistikada görünmürdü.
Yeni sistem isə iş vaxtına əsaslanan maliyyələşmə ilə region məktəblərinə üstünlük verir. Çünki müəllimi məktəbdə saxlayan, məktəbin resurs planlamasını dəyişən məhz bu modeldir.
Dünya təcrübəsi də bunu təsdiqləyir:
* Finlandiya, Estoniya, Sinqapur, Kanada — hamısında müəllim məktəbin daimi əməkdaşıdır; dərs yükü 18–25 saatdır, qalan vaxt metodik hazırlıq, fərdi şagird işi və komanda planlamasına sərf olunur.
* Müəllim saat hesabı ilə deyil, məktəbə bağlılıq və nəticəyə görə qiymətləndirilir.
* İnfrastruktur çatışmazlığı islahatın əleyhinə arqument yox, əksinə, onun zəruriliyinin sübutudur.
Bu gün “Əvvəlcə istilik, avadanlıq, kabinetlər düzəlsin, sonra islahat olsun” demək məntiqi tərsinə çevirməkdir. Şəraitin olmaması islahata maneə yox, islahatın başlanması üçün əsas səbəbdir.
Məsələ çox sadədir:
Əgər müəllimin nüfuzunu qaldırmaq istəyiriksə, müəllim də məktəbə və sistemə bağlılığını göstərməlidir.
Əgər nəticə istəyiriksə, bu modelə keçməliyik.
Əgər inkişaf etmiş ölkələri nümunə göstəririksə, onda onların bizdə olmayan komponentlərini də nəzərə almalıyıq:
* kiçik siniflər,
* güclü maddi-texniki baza,
* iş yerinə yaxın məktəbdə yerləşdirmə,
* davamlı metodik inkişaf,
* məktəbə sadiq müəllim modeli.
Bütün bunlar olmadan “yalnız maaş artırılsın” demək təhsilin mahiyyətini görməməkdir.
Nazirlik bu dəfə çox ciddi və doğru istiqamətdə addım atır. Yeni model müəllimə daha yüksək əməkhaqqı, daha ədalətli mexanizm və daha sabit iş yeri yaradır. Eyni zamanda, məktəblərdə illərlə yığılan problemləri üzə çıxarır və ölçülə bilən edir. İndi məsələ islahatı dayandırmaq deyil, onu dəstəkləməkdir.
Çünki nəticə dəyişməyəcəksə — maaşın artmasının da real dəyəri olmayacaq.
Bir də, etirazların böyük hissəsinin kökündə repetitor fəaliyyətinə zərər gəlməsi ilə bağlı narahatlıq dayanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək