Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yaxın Şərq münaqişələrində dini amilin siyasi mani...
Yaxın Şərq münaqişələrində dini amilin siyasi manipulyasiyası –
Cəmiyyət

Yaxın Şərq münaqişələrində dini amilin siyasi manipulyasiyası – Maksim Şevçenkodan EKSKLÜZİV ŞƏRH

Xpress.az Redaksiyası 14.11.2025 09:35

Son illərdə Yaxın Şərq və Cənubi Qafqazda baş verən regional münaqişələr dünya ictimaiyyəti üçün daim diqqət mərkəzindədir. Analitiklər və ekspertlər tez-tez bu konfliktlərin səbəblərini araşdırır, dini, etnik və siyasi faktorların rolunu qiymətləndirirlər. Bu kontekstdə maraqlıdır ki, bəzi hallarda dini motivlər konfliktlərin əsas səbəbi kimi təqdim olunsa da, əslində onların istifadə tərzi daha çox siyasi maraqlarla bağlıdır. Rusiyalı jurnalist və siyasətçi  Maksim Şevçenko mövzu ilə bağlı eksklüziv olaraq Xpress.az-a bunları bildirib:

“Dini amil əslində Yaxın Şərqə xasdır və onun istifadə olunması ümumi bir tendensiya kimi qəbul edilə bilər. Lakin əgər dini faktorlar manipulyasiya aləti kimi çıxış edirsə, bu, bölgənin təbii dini həyatına yad olan xarici qüvvələr – əsasən Qərb kolonizasiyası və işğalçı qüvvələr – tərəfindən edilir. Bu qüvvələr dini simulyakrlər yaradır və onları Yaxın Şərqin mövcud dini strukturlarına qarşı yönəldirlər. Nəticədə, dini amil konfliktlərin idarə olunmasında və siyasi maraqların reallaşdırılmasında bir vasitəyə çevrilir.”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək