Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Zənglə kartlarımıza müdaxilə olunur? -
Zənglə kartlarımıza müdaxilə olunur? -
Cəmiyyət

Zənglə kartlarımıza müdaxilə olunur? - DİN-dən açıqlama

Xpress.az Redaksiyası 14.11.2025 18:49

Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək