Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Ciddi islahatlar olmadan ölkəyə pul gəlməyəcək” —...
“Ciddi islahatlar olmadan ölkəyə pul gəlməyəcək” —
Cəmiyyət

“Ciddi islahatlar olmadan ölkəyə pul gəlməyəcək” — ADP sədrindən sərt mesaj

Xpress.az Redaksiyası 15.11.2025 14:00

Uzunmüddətli münaqişə və blokadalardan sonra regionda sərhədlərin açılması, investisiya axınının artması və nəqliyyat əlaqələrinin bərpası üçün yeni imkanlar yaranır. Bəs bu şərait Azərbaycanın sabitliyi və inkişafına necə təsir edə bilər?

Bununla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xpress.az-a açıqlamasında danışıb

Sərdar Cəlaloğlunun sözlərinə görə, hazırkı ictimai-siyasi şəraitdə ölkəyə ciddi investisiya axınının baş verməsi real görünmür:

“Hüquqi prosedurlar düzgün işləmir, investisiyaların təhlükəsizliyi təmin olunmur. Yerli əhali də investisiya qoyuluşundan çəkinir. Qlobal və milli iqtisadi çöküş fonunda bu, daha da çətinləşir.”

Buna baxmayaraq, ADP sədri hesab edir ki, normal investisiya mühiti yaradılacağı təqdirdə həm xarici, həm də daxili investorların fəallığı regionun inkişafına, ölkədə sabitliyin möhkəmlənməsinə və əhalinin rifahına mühüm töhfə verə bilər.

Cəlaloğlu həmçinin vurğulayıb ki, dövlətlərarası iqtisadi əlaqələr və böyük korporasiyaların fəaliyyəti təkcə iqtisadi deyil, həm də siyasi təsir gücünə malikdir:

“Məsələn, BP-nin Azərbaycana yatırdığı investisiyalar ölkəmizin İngiltərə və ABŞ tərəfindən hərbi təhlükəsizliyinə dəstək olmasına səbəb olmuşdu. Gələcəkdə iri investisiyalar Azərbaycanın hərbi təhlükəsizliyinin daha da möhkəmlənməsinə gətirib çıxara bilər.”

ADP sədri bildirib ki, ölkə normal iqtisadi inkişaf yoluna qədəm qoyduğu təqdirdə, mövcud resurslara əsaslanaraq bölgənin ən güclü dövlətinə çevrilə bilər.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək