İdman
“Parisdə keçirilən oyunda çətin anlar yaşadıq” - Video
Xpress.az Redaksiyası
15.11.2025 19:45
“Bakı gözəl şəhərdir. Təbii ki, səmimi olacam. Azərbaycanla Fransa arasında Parisdə keçirilən oyunda çətin anlar yaşadıq. Bu qəbul etmək lazımdır”.
Bunu Fransa yığmasının və “Liverpul”un müdafiəçisi İbrahima Konate sabah DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyundan danışan zaman bildirib.
“Biz matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan komandası 3:0 məğlub olmasına baxmayaraq öz keyfiyyətlərini göstərə bildi. Əminəm ki, sabah da bu olacaq. Biz də bir milli olaraq özümüzü sübut edib, xal qazancağıq”.