Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu qış “Qurtuluş 93” sakinlərinə istilik verilməyə...
Bu qış “Qurtuluş 93” sakinlərinə istilik verilməyəcək-
Cəmiyyət

Bu qış “Qurtuluş 93” sakinlərinə istilik verilməyəcək- ŞİKAYƏT

Xpress.az Redaksiyası 15.11.2025 20:18

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksi bu il sakinlərə istilik verməkdən imtina edir.


Xpress.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Kamran Qasımov məlumat verib.
Onun sözlərinə görə, kompleksdə illərdir qaz yoxdur, üstəlik şirkət bunu sakinlərin guya kommunal borcları ilə əsaslandırır:
"Ola bilər ki, borcu olanlar var, amma nəticə etibarilə ödəniş edənlər də kifayət qədərdir. Bəs bu halda qaz olmadığı bir şəraitdə sakinlər qışı istiliksiz necə keçirməlidir? Sakinlərin müraciətlərinə isə faktiki olaraq məhəl qoyulmur. Şirkətin öhdəliyi var idi – qazlaşdırma olmadığı halda istilik təchizatı təmin ediləcəkdi. İndi isə bu öhdəlikdən imtina edirlər.
Ötən il Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Onlar da haqlı olaraq bildirdilər ki, bu məsələ icra hakimiyyətinin səlahiyyətində deyil, çünki həmin binalar şirkətin balansındadır. Amma axı mənzillər sakinlərindir…".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək