Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Taksi sürücüləri və sərnişinlər arasında "imtiyaz...
Taksi sürücüləri və sərnişinlər arasında "imtiyaz savaşı":
Cəmiyyət

Taksi sürücüləri və sərnişinlər arasında "imtiyaz savaşı": Problem nə vaxt həll olunacaq? - VİDEO

Xpress.az Redaksiyası 17.11.2025 09:11

Sürücü sifarişi sərnişinin ləğv etməsini istəyir, sərnişin isə sürücünün. Kartla taksi sifariş edən əksər sərnişinlər bu vəziyyətlə qarşılaşdıqlarını bildirirlər.

 Sərnişinlərin sözlərinə görə, nağdsız ödəmə üsulu ilə sifariş verdikdə sürücülərin etirazı ilə qarşılaşırlar. Adətən sürücü sərnişindən sifarişi ləğv etməsini tələb edir.

Sürücülər isə bildirirlər ki, sifarişdən imtina etmələri onların proqramda bloklanmasına səbəb olur. İmtina halları çox olduqda, proqramın onlara ötürdüyü sifarişlərin sayı da azalır.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. Bildirilib ki, sürücüdən xal tutulması xidmətdən imtina hallarının qarşısını almaq üçündür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək