Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan dünyada internetin sürətinə görə neçənc...
Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?
Cəmiyyət

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Xpress.az Redaksiyası 18.11.2025 11:44

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə (84.82 Mbit/s) bu ilin oktyabr ayında 156 ölkə arasında 84-cü yerdə qərarlaşıb.

Valyuta.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1 pillə geriləyib.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən oktyabr ayında birinci yeri Sinqapur (406.14 Mbit/s), axırıncı yeri isə Suriya (3.51 Mbit/s) tutub.

Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə 79.94 MB/S sürətlə 104 ölkə arasında 53-cü olub. Qeyd edək ki, sentyabr ayında Azərbaycan 52-ci sırada idi.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (652.87 Mbit/s), sonuncu yeri isə Boliviya (13.96 Mbit/s) tutub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək