Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda “Youtube”a girişdə problem yaranıb
Azərbaycanda “Youtube”a girişdə problem yaranıb
Cəmiyyət

Azərbaycanda “Youtube”a girişdə problem yaranıb

Xpress.az Redaksiyası 19.11.2025 08:32

Azərbaycanda “Youtube”a girişdə problem yaranıb.

Məlum olduğu kimi, ötən gün qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem baş verib.

Xpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, nasazlıq nəticəsində müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə problemlər yaranıb.

Bununla əlaqədar olaraq, gecə saatlarından etibarən Azərbaycanda “Youtube” platformasına girişdə problem yaranıb. Həmçinin “X” platformasının da işində problem müşahidə olunur.

İstifadəçilər bu resurslara daxil olmaqla bağlı çətinliklərlə üzləşirlər.

“Downdetector” xidməti də Azərbaycanda nasazlıqlar barədə məlumatların daxil olduğunu təsdiqləyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək