Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Piyada keçidindən keçməyən şəxsi maşın vurdu
Piyada keçidindən keçməyən şəxsi maşın vurdu
Sağlamlıq

Piyada keçidindən keçməyən şəxsi maşın vurdu

Xpress.az Redaksiyası 19.11.2025 23:38

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Teleqraf"a istinadla xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-UY-624 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobil hərəkətdə olan zaman qarşısına çıxan piyadanı vurub.

Naməlum şəxs piyada üçün müəyyən edilməyən hissədən, piyada keçidinin altından çıxaraq yolun əks tərəfinə keçmək istəyib. Avtomobil vurması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək