Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Ağdam Qarabağın paytaxtı olacaq” –
“Ağdam Qarabağın paytaxtı olacaq” –
Cəmiyyət

“Ağdam Qarabağın paytaxtı olacaq” – Aqil Abbasdan İDDİALI AÇIQLAMA

Xpress.az Redaksiyası 20.11.2025 11:18

Bu gün doğma Ağdama qovuşduğumuzun 30 illik həsrətinə son qoyan gündür. Bu tarix yalnız Ağdamın azad olunması ilə deyil, həm də dünyaya örnək olacaq bir dönüş nöqtəsi kimi yadda qalır. Bu, müzəffər ordumuzun və iradəli Azərbaycan xalqının qələbə günüdür. Bu gün – Ağdam Günüdür!

Milli Məclisin deputatı və yazıçı Aqil Abbas da bu əlamətdar gün münasibətilə Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, Ağdamın azad olunmasının üzərindən beş il keçib və 20 noyabr rəsmi olaraq Ağdam Günü kimi qeyd olunur:

“Ağdam azad olunanda şəhər tamamilə dağıdılmışdı. Erməni faşistləri daşı daş üstə qoymamışdılar. İndi isə burada tamamilə yeni, böyük bir şəhər salınır. Bütün Qarabağda genişmiqyaslı tikinti işləri gedir və 100 min nəfərlik şəhər formalaşır. İndiki Ağdamı görsəniz, tanımaq çətin olar. Küçə və prospektlərin eni 60 metrdir – dörd maşın gedir, dörd maşın gəlir. Gələcəkdə Ağdam Qarabağın paytaxtı olacaq. Bütün ticarət yolları, həmçinin Kəlbəcər, Laçın, Şuşa və Xankəndindən gələn yollar Ağdamdan keçir. Hətta ermənilər də Ağdam bazarına gəlir".

Aqil Abbas qeyd edib ki, Prezidentin təşəbbüsü ilə şəhərin yenidən qurulması sürətlə davam edir və ilin sonuna qədər təxminən 900 ailənin Ağdama köçürülməsi planlaşdırılır:

“Son beş ildə Prezident xanımı ilə birlikdə Qarabağa 570 dəfə səfər edib. İşlərin gedişinə şəxsən nəzarət edir. Ağdam yenidən əvvəlki şöhrətini bərpa edəcək".

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək