Cəmiyyət
Sumqayıtda 750 abonentin qazı dayandırıldı
Xpress.az Redaksiyası
20.11.2025 12:50
Xpress.az xəbər verir – Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) yayıb.
Bildirilir ki, qazın dayandırılmasına səbəb 3-cü mikrorayonda orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmalardır. Təmir-bərpa işləri aparıldıqdan sonra qaz verilişinin yenidən bərpa olunacağı bildirilib.
Rəsmi məlumatlara əsasən, təmir işləri müddətində abonentlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.