Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İşsizlərə şad xəbər:
İşsizlərə şad xəbər:
Cəmiyyət

İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər

Xpress.az Redaksiyası 20.11.2025 15:14

Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliklər qəbul edilib.

Yeni qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmadan işləyən və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər. Bu ödənişi gecikdirən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq olunacaq.

Dəyişikliklər yalnız qeyri-formal məşğulluqla məşğul olan şəxslərə aid edilir. Kənd təsərrüfatı sahəsində çalışan, ustalıq edən, fərdi xidmət göstərən, lakin fəaliyyətini rəsmi şəkildə rəsmiləşdirməyən şəxslər bu kateqoriyaya daxil edilir.

Ən önəmlisi isə odur ki, rəsmi olaraq işsiz kimi qeydiyyatda olan və sosial yardım alan şəxslərin icbari tibbi sığorta haqqını, əvvəlki kimi, dövlət ödəyəcək. Bu şəxslərin heç bir ödəniş etməsinə ehtiyac olmayacaq.

Yeni mexanizmin məqsədi tibbi xidmətlərə bərabər çıxışı təmin etmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.

Paylaş:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək