Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu səbəbdən paltarlarınızı 40 dərəcədə yumaq olmaz
Bu səbəbdən paltarlarınızı 40 dərəcədə yumaq olmaz
Cəmiyyət

Bu səbəbdən paltarlarınızı 40 dərəcədə yumaq olmaz

Xpress.az Redaksiyası 20.11.2025 19:25

Çamaşırların mütəmadi şəkildə yuyulması gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bir çox insanlar paltarlarını yuyarkən yüksək temperatura — xüsusilə 40°C-yə — üstünlük verirlər. Lakin bu, həm paltarların ömrünü qısaldır, həm də elektrik enerjisi sərfiyyatını xeyli artırır.

Peşəkar camaşırxana və təmizlik mütəxəssisləri paltarların 40°C-də yuyulmasının niyə məqsədəuyğun olmadığını izah edir və ən ideal temperatur barədə tövsiyələrini bölüşürlər.

Niyə 30°C ən uyğun yuma temperaturudur?

Müasir tekstil məhsullarının böyük əksəriyyəti üçün tövsiyə olunan yuma temperaturu 30°C-dir. Bu temperatur gündəlik çamaşırların təmizlənməsi üçün tam kifayətdir.

Müasir texnologiya ilə istehsal olunan pambıq və polyester qarışığı geyimlər aşağı temperaturda belə effektiv şəkildə təmizlənə bilir. Üstəlik, 30°C həm çirk və ləkələri aradan qaldırır, həm də parçanın zədələnməsinin qarşısını alır.

Soyuq suda (30°C) yumanın üstünlükləri:

Enerji qənaəti: Paltaryuyan maşınlar evdə ən çox enerji sərf edən cihazlardan biridir. Tədqiqatlara görə, 30°C-də yuma 40°C ilə müqayisədə təxminən 46% daha az enerji tələb edir.

Rənglərin qorunması: Yüksək temperatur parçaların rəngini tez solmasına səbəb olur. Paltarların rəng təravətini saxlamaq üçün 30°C-də yuma daha məqsədəuyğundur.

Büzülmənin qarşısının alınması: Aşağı temperatur parçanın formasını qoruyur. Ağ paltarların yuyulması üçün də 30°C kifayətdir. Temperatur yüksəldikcə paltarların büzülmə və formasını itirmə riski artır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək