Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəxslər axşam 6-dək işləyəcək? -
Bu şəxslər axşam 6-dək işləyəcək? -
Cəmiyyət

Bu şəxslər axşam 6-dək işləyəcək? - RƏSMİ CAVAB

Xpress.az Redaksiyası 21.11.2025 12:29

“Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

“Hazırda “tamştatlı müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük.

İdman müəllimi məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir.

Məsələn, idman müəllimi məktəbdə turnir keçirir. Amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək