Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Elm və Təhsil Nazirindən müəllimlərin maaşı ilə ba...
Elm və Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı açıqlama
Təhsil

Elm və Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı açıqlama

Xpress.az Redaksiyası 21.11.2025 14:35

"Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir". 
Ajans.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bildirib. "Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir  ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.      

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.   

Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar. 

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir". 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək