Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni il ərəfəsində paytaxtda bayram yarmarkaları t...
Yeni il ərəfəsində paytaxtda bayram yarmarkaları təşkil olunacaq? -
Cəmiyyət

Yeni il ərəfəsində paytaxtda bayram yarmarkaları təşkil olunacaq? - RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 21.11.2025 15:22

Ənənəvi olaraq Yeni il ərəfəsində və Novruz bayramı günlərində paytaxtda müxtəlif yarmarkalar təşkil edilir. Kənd təsərrüfatı məhsullarının satışı üçün təşkil olunan “Kənddən-şəhərə” yarmarkası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir, bayram aksesuarları və ləvazimatlarının satışı isə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilir.

Bəs Yeni il ərəfəsində adı çəkilən yarmarkalar yenidən təşkil olunacaqmı?

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Bizim.Media-ya bildirilib ki, bu dəfə Yeni il ərəfəsində belə bir yarmarkanın təşkili gözlənilmir:
 

“Qeyd edək ki, müəyyən səbəblərdən Novruz bayramında da yarmarka təşkil edilməmişdi”.


“Kənddən-şəhərə” yarmarkasının təşkil ediləcəyi isə gündəmdədir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək