Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət BDYPİ bu sürücülərə
BDYPİ bu sürücülərə
Cəmiyyət

BDYPİ bu sürücülərə XƏBƏRDARLIQ ETDİ

Xpress.az Redaksiyası 22.11.2025 14:02

Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftə sonu səyahətə çıxan sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:

"Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək