Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Roblox təhlükəlidirmi? Valideynlərə XƏBƏRDARLIQ:
Roblox təhlükəlidirmi? Valideynlərə XƏBƏRDARLIQ:
Cəmiyyət

Roblox təhlükəlidirmi? Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlarınızı daha diqqətlə qoruyun

Xpress.az Redaksiyası 23.11.2025 22:15

Xpress.az-ın araşdırmalarına görə, 2025-ci ildə Roblox platformasında baş verən hadisə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Məlumata görə, 27 yaşlı Matthew Macatuno Naval adlı şəxs oyun və Discord vasitəsilə tanış olduğu 10 yaşlı qızı evindən çıxmağa təhrik edib. Azyaşlı gecə saatlarında yoxa çıxıb və ailəsi ertəsi gün polisə müraciət edib.

Hüquq-mühafizə orqanları qızın yerini müəyyən etmək üçün təcili axtarış tədbirlərinə başlayıb. Daha sonra uşağın Navalın avtomobilində, evindən təxminən dörd saatlıq məsafədə tapıldığı bildirilib. Şübhəli şəxs saxlanılıb və barəsində “uşaq qaçırma” və “azyaşlı ilə qanunsuz münasibət qurmağa cəhd” kimi ağır maddələrlə cinayət işi açılıb.

İstintaq qurumlarının açıqlamasında qeyd olunub ki, azyaşlıların onlayn oyunlar və sosial platformalar vasitəsilə tanımadıqları şəxslərlə ünsiyyət qurması ciddi risklər yaradır. Valideynlərə platformalardakı mesajlaşmalara, oyun içi dostluqlara və uşaqların sosial media davranışlarına nəzarəti gücləndirmək tövsiyə olunub.

Roblox şirkəti isə baş verənləri “dərin narahatedici” adlandıraraq, platformada təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər gördüyünü açıqlayıb. Hadisə bir daha göstərir ki, rəqəmsal oyun mühitləri uşaqlar üçün əyləncə yanaşı təhlükə mənbəyinə də çevrilə bilər və bu istiqamətdə həm ailələrin, həm də platformaların məsuliyyəti artmaqdadır.
Xatırladaq ki, bu ilk deyil, Roblox oyununun təhlükəli olması barədə dəfələrlə  valideynlərə xəbərdarlıqlar olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək