Süni intellektə üsyan: Yeni nəsil YARANIR
“AI veqanları” adlanan ekoloji şüurlu gənclər qrupu getdikcə daha çox insanı birləşdirir. Onlar ChatGPT və digər generativ süni intellekt alətlərinə qarşı mübarizə aparır və bu texnologiyalardan tam imtina etməyi seçirlər.
“Warframe” video oyununda keçirilən müsabiqə isə Bella üçün bardağı daşıran son damla oldu.
Yarışmanın şərtlərinə əsasən, iştirakçılara işlərini təqdim etmək üçün cəmi üç gün vaxt verilmişdi. Bu qısa vaxt çərçivəsi onları narahat etsə də, Bella və digər iştirakçılar buna adaptasiya olmağa çalışıblar. Lakin yarışma təşkilatçılarının süni intellekt tərəfindən yaradılan bir işi qəbul etməsi vəziyyəti dəyişib.
“Əgər süni intellektdən hazırlanmış girişlər qəbul edilməsəydi, bəlkə də yenə də cəhd edərdim. Amma bu dəfə bu, mənim üçün alçaldıcı oldu – çünki heç bir real səy göstərməyən birisi ilə eyni mükafata yarışmalı idim”, — deyə Çexiyadan olan 21 yaşlı Bella Euronews Next-ə bildirib.
O, generativ süni intellektdən istifadəni dayandırmasının səbəblərindən birinin də mənəvi tərəf olduğunu qeyd edib:
“Əgər mən süni intellekti bir rəssam kimi istifadə etməyə davam etsəydim, bu, mənim üçün xəyanət olardı. İllərlə öyrənməyə, bacarıqlarımı artırmağa vaxt sərf etmişəm. İndi isə mənim kimi insanların əməyinin nəticələrini özündə cəmləyən bir alətdən istifadə etmək mənə doğru görünmür”.
Bella kimi insanlar getdikcə daha çoxdur. Onlar mətn, şəkil, musiqi və digər kontent yaratmaq üçün kütləvi məlumat dəstələri əsasında öyrədilmiş generativ süni intellektlərdən tamamilə uzaq durmağa qərar verən “AI veganları” hərəkatının yeni üzvləridir.
Xpress.az