Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Müdafiə Nazirliyindən Ağdərə sakinlərinə
Müdafiə Nazirliyindən Ağdərə sakinlərinə
Cəmiyyət

Müdafiə Nazirliyindən Ağdərə sakinlərinə XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 24.11.2025 09:23

Pirəkəşkül və Ağdərədə 24-28 noyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək