Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakı, Nərimanovda yaşayış binasında partlayış
Bakı, Nərimanovda yaşayış binasında partlayış
Cəmiyyət

Bakı, Nərimanovda yaşayış binasında partlayış – 8 mənzil zərər gördü

Xpress.az Redaksiyası 24.11.2025 11:19

Bakı şəhərinin Nərimanov rayonunda, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Xpress.az-a bildirilib ki, “112” qaynar xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri operativ şəkildə hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 8 mənzilə ziyan dəyib, bəzi mənzillərin eyvanları və əlavə sahələri yanıb. Həmçinin ətrafda olan şam ağacları da yanğından zərər görüb. Hadisə sürətlə nəzarət altına alınıb və binanın böyük hissəsi ilə ətrafdakı obyektlər yanğından qorunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək