Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR -
Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR -
Cəmiyyət

Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ

Xpress.az Redaksiyası 24.11.2025 15:27


Noyabrın 1-dən etibarən bütün banklarda cərimə ödənişləri zamanı 40 qəpik komissiya haqqı tutulur.

Bu barədə “Oxu.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur:
 

"Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir.


Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək