Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət YouTube illər əvvəl ləğv etdiyi bir xüsusiyyəti
YouTube illər əvvəl ləğv etdiyi bir xüsusiyyəti
Cəmiyyət

YouTube illər əvvəl ləğv etdiyi bir xüsusiyyəti GERİ QAYTARIR

Xpress.az Redaksiyası 24.11.2025 17:31

YouTube, təxminən altı il əvvəl ləğv etdiyi birbaşa mesajlaşma funksiyasını geri gətirmək üçün yeni bir test prosesi başladığını açıqlayıb. Şirkət bildirib ki, istifadəçilərin platforma daxilində mesajlaşma təcrübəsi tələbi ən çox istənən xüsusiyyət olub.

YouTube-un dəstək səhifəsində yayımlanan duyuruda şirkət xüsusiyyəti hələ “birbaşa mesajlaşma” kimi adlandırmasa da, istifadəçilərin bəyəndikləri videoları (uzun videolar, Shorts və canlı yayımlar) paylaşaraq eyni tətbiq üzərindən söhbət edə biləcəkləri qeyd edilib.

Yeni mesajlaşma xüsusiyyəti hələlik yalnız İrlandiya və Polşada istifadəyə verilib.

Test müddətində 18 yaşdan yuxarı istifadəçilər yeniliyi sınaqdan keçirə biləcək. YouTube geri bildirimlərə əsasən funksiyanın qlobal şəkildə istifadəyə verilib-verilməyəcəyinə daha sonra qərar verəcək.

YouTube vurğulayıb ki, DM funksiyası illərdir istifadəçilər tərəfindən ən çox tələb olunan xüsusiyyət olub. Birbaşa mesajlaşma ilk dəfə 2017-ci ildə elan edilmiş, 2018-ci ildə veb versiyaya da əlavə olunmuşdu.

Lakin bir il sonra şirkət istifadə faizinin aşağı olduğu ehtimal edilən bu xüsusiyyət əvəzinə Stories kimi müxtəlif sosial media formatlarına yönəlmiş və mesajlaşmanı tamamilə ləğv etmişdi.

YouTube Stories funksiyasını isə 2023-cü ildə sonlandırmışdı. Şirkət yeni test prosesinin platformadakı qarşılıqlı əlaqəni artırmağı hədəflədiyini bildirib.

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək