Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Cəmiyyət

Sabah hava necə olacaq?

Xpress.az Redaksiyası 25.11.2025 12:46

Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək