Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xaricdə yaşayan 101 nəfər Azərbaycana təhvil veril...
Xaricdə yaşayan 101 nəfər Azərbaycana təhvil verildi
Cəmiyyət

Xaricdə yaşayan 101 nəfər Azərbaycana təhvil verildi

Xpress.az Redaksiyası 25.11.2025 15:30

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin avqust-oktyabr ayları ərzində 101 nəfərin ölkəyə readmissiyası həyata keçirilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

“Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin avqust-oktyabr ayları ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 108006 müraciət daxil olub. Bundan əlavə, müvafiq dövr ərzində Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 25940 müraciət daxil olub. Həmçinin 2025-ci ilin avqust-oktyabr ayları ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 2699 müraciət qeydə alınıb. Müvafiq dövr ərzində tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 7481 qərar qəbul edilib”, - Xidmətdən bildirilib.( APA)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək