Cəmiyyət
Telegram bir gündə 520 minə yaxın kanalı blokladı- BU SƏBƏBDƏN
Xpress.az Redaksiyası
25.11.2025 21:12
Telegram bir gündə 520 minə yaxın kanalı blokladı
Telegram noyabrın 13-də təxminən 520.000 kanalı bloklayıb ki, bu da messencerin tarixində bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Xpress.az xəbər verir ki, RT Telegram kanalının məlumatına görə, bu il indiyədək 34,9 milyondan çox qrup və kanal bloklanıb. Onlardan 207 mindən çoxu terrorizmlə əlaqəli fəaliyyət göstərib.
Daha əvvəl Telegram-un təsisçisi Pavel Durov bildirib ki, platforma hər gün təxminən 100 kanalı zorakılıq məzmunu və terror təbliğatı ilə əlaqədar bloklayır.