Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şərurda vəzifəli şəxslərə mənzil verilməsi barədə...
Şərurda vəzifəli şəxslərə mənzil verilməsi barədə məlumatlar həqiqəti əks etdirmir
Cəmiyyət

Şərurda vəzifəli şəxslərə mənzil verilməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Xpress.az Redaksiyası 26.11.2025 16:49

Son günlər sosial şəbəkələrdə Şərur şəhəri, Kapitan Seyidov küçəsi 3C ünvanında yerləşən yaşayış binasında vəzifəli şəxslərə mənzillər hədiyyə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Məlumat üçün bildiririk ki, sözügedən bina 2021-ci ildə istifadəyə verilmiş və dövlətin şəhid ailələri ilə müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğı çərçivəsində həmin binadan Vətən müharibəsi şəhidlərinin ailələrinə, müharibə əlillərinə, qüsursuz xidmətə görə ehtiyata buraxılan hərbi qulluqçulara, eləcə də bir aztəminatlı ailəyə mənzillər təqdim olunmuşdur.

Bununla yanaşı, binadakı digər mənzillər sifarişçi təşkilat tərəfindən gənc ailələrə və rayon sakinlərinə satış yolu ilə təqdim edilmişdir.

 Sözügedən binada vəzifəli şəxslərə məxsus hər hansı mənzil mövcud deyil. Sosial şəbəkələrdə yer alan məlumatlar tamamilə əsassızdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək