Z nəsli şifrə seçimlərində daha dikqətlidir
Yeni bir araşdırma, rəqəmsal dünyanın içində böyüyən Z nəslinin təəccüblü şəkildə ən zəif şifrələrdən istifadə etdiyini ortaya çıxarıb.
Parol meneceri NordPass tərəfindən yayımlanan hesabatda, 1997-ci ildən sonra doğulanlar arasında ən populyar parolun “12345” olduğu, digərlərinin isə yenə ardıcıl rəqəmlərdən ibarət olduğu bildirilir. “Parola” sözü siyahıda 5-ci yerdə qərarlaşıb, internet mədəniyyətində məşhur ifadə olan “skibidi” isə 7-ci yerə qədər yüksəlib.
1946–1964-cü illər arasında doğulan Baby Boomers nəslində ən çox istifadə olunan şifrə “123456” olub. Eyni parol X və Y nəsillərinin də ən populyar seçimidir.
Hesabatda araşdırmaçılar bildiriblər ki, “Gənc nəsillərin rəqəmsal mühitdə böyüdükləri üçün kibertəhlükələri daha yaxşı başa düşdükləri düşünülür. Lakin tapıntılarımız bunun doğru olmadığını göstərir”.
72 faiz eyni şifrəni fərqli platformalarda istifadə edir
NordPass-in nəticələri, parol meneceri Bitwarden tərəfindən ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və Avstraliyada aparılan geniş sorğu ilə də üst-üstə düşür.
Bitwarden-in məlumatlarına görə, Z nəslinin iştirakçılarının 72 faizi eyni şifrəni bir neçə platformada təkrar istifadə edir. Bu göstərici Baby Boomer nəslində cəmi 42 faizdir.
Gənc istifadəçilər “parol yorğunluğu” yaşayan ən böyük qrup kimi önə çıxır.
Bununla belə, araşdırmalar Z nəslinin keçid açarları (passkey), biometrik doğrulama və iki faktorlu identifikasiya kimi müasir təhlükəsizlik üsullarına daha sürətli uyğunlaşdığını göstərir.
Google-un iyun ayında yayımladığı təhlükəsizlik hesabatında da X nəsli və Baby Boomers-lərin hesablarına giriş zamanı parollardan istifadə etməyə daha çox bağlı olduğu vurğulanmışdı.
Google-un Məxfilik, Təhlükəsizlik və Təhlükəsizlikdən Məsul Vitse-prezidenti Evan Kostovinos, Z nəslinin parolları “köhnəlmiş təhlükəsizlik norması” kimi gördüyünü bildirərək, “Rəqəmsal yerlilər daha inkişaf etmiş identifikasiya vasitələrinə yönəlir” deyib.
Mütəxəssislərə görə, parolların mütəmadi yenilənməməsi risklər yaratmaqda davam etsə də, daha təhlükəsiz və istifadəsi rahat texnologiyalara keçid müsbət addım hesab olunur. Parollar həm idarə olunması çətin bir üsul kimi dəyərləndirilir, həm də kimlik oğurluğu hücumlarına və məlumat sızıntılarına qarşı daha həssasdır.
Google və digər böyük texnologiya şirkətləri istifadəçilərin həm təhlükəsizliyini, həm də rahatlığını artırmaq üçün parolsuz gələcəyə keçidi sürətləndirməyə davam edir.