Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda at və dəvələrə mikroçip qoyulacaq -
Azərbaycanda at və dəvələrə mikroçip qoyulacaq -
Cəmiyyət

Azərbaycanda at və dəvələrə mikroçip qoyulacaq - PROSES BAŞLADI

Xpress.az Redaksiyası 26.11.2025 18:03

Azərbaycanda at və dəvələrə xüsusi tanınma nömrələri (mikroçip) yerləşdiriləcək

Xpress.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən belə mikroçiplərin alınması prosesinə başlanılıb.

Qeyd edək ki, bu, heyvanın bədəninə yerləşdirilən unikal rəqəmsal identifikasiya nömrəsi olan mikroçipdir. Hər mikroçip dünyanın heç bir yerində təkrarlanmayan 15 rəqəmli kod daşıyır.

Heyvan oğurlandıqda və ya itəndə kimə məxsus olduğunu sübut etmək olur. Xüsusilə atçılıq və dəvəçilikdə nəsil xəttinin qeydiyyatı üçün vacibdir.

At və dəvələrin çiplərini oxumaq üçün RFID (134.2 kHz ISO 11784/11785) standartlı skaner istifadə olunur.

Xatırladaq ki, bu məsələ 2022-ci ildə Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişiklikdə əksini tapıb. Bundan əvvəl atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilirdi. Dəyişikliyə əsasən, bundan sonra atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcəyinə icazə verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək