Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Masazırda göllər qurudularaq ev tikilir -
Masazırda göllər qurudularaq ev tikilir -
Cəmiyyət

Masazırda göllər qurudularaq ev tikilir - Sakinlər narahatdır

Xpress.az Redaksiyası 27.11.2025 16:09

Abşeron rayonu Masazır qəsəbəsində göllərin qurudularaq həmin ərazidə ev tikildiyi iddia olunur.

Əraziyə baxış saldıqda həqiqətən bir zamanlar göl olan hissənin qurudulub və evlərin tikilməsini görmək olar.

Divarlarda beton, usta reklamları, ərazidə zibil atılmaması üçün xəbərdarlıqlar da var. Bütün bu problemlərə baxmayaraq sözügedən ünvana ev tikdirmək üçün gələnlər də az deyil.

Sakinlərin sözlərinə görə, həmin torpaqları alqı-satqı ilə məşğul olan şəxslər alaraq ev tikib satırlar. Bəzi qurudulmuş torpaqlarda tikilən evləri isə yenidən qurunt suları basır. Bu evlərə elektrik xətti də çəkilib.

Bəs bu evlərə kommunal xidmətlər necə həyata keçirilib?

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, Masazır gölü ətrafında evlərin çoxu sənədsiz tikilib.

Mütəxəssislərin fikrincə, bu evlərin sənədlə təmin olunması bir yana, gələcəkdə yaşana biləcək fəsadları da nəzərə almaq son dərəcə vacibdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək