Artığ WhatsApp mesajları yer tutmayacağ
Kibertəhlükəsizlik mütəxəssisi Elorm Daniel, WhatsApp tətbiqi vasitəsilə göndərilən mesajların, istifadəçi özü paylaşmadığı halda belə, yer məlumatlarını da ehtiva etdiyini irəli sürüb.
Daniel, WhatsApp üzərindən etdiyi bir yazışmanı analiz edərək, həmin yazışmanın metadatasında qarşı tərəfin yer məlumatlarının göründüyünü iddia edib.
Onun sözlərinə görə, nə özü, nə də mesaj göndərən şəxs belə bir məlumatın tələb edilmədiyini halda, telefon bu məlumatı avtomatik olaraq qeyd edib.
Bu məlumatı birbaşa öz telefonundan aldığını deyən Daniel bildirib:
“Bu o deməkdir ki, WhatsApp-da söhbət zamanı yeriniz aktivdirsə, başqa bir şəxsin cihazında aparılan forensik (adli) analiz zamanı sizin konum məlumatınız həmin cihazdan əldə oluna bilər.”
Daniel əlavə edib ki, WhatsApp-ın topladığı məlumatlar yalnız “yer məlumatı” ilə məhdudlaşmır — qrupun kim tərəfindən yaradıldığı, nə zaman yaradıldığı, kimlərin əlavə edildiyi və kimlərin çıxdığı kimi bütün məlumatlar, şəxs qrupu tərk etsə belə, tətbiqin metadatasında qalır.
O vurğulayıb ki, bu məlumatların cihazda saxlanılması, həmin şəxs barəsində aparılacaq mümkün araşdırmalarda istifadə oluna biləcəyi anlamına gəlir.
Daniel həmçinin bildirib ki, telefondakı hər bir foto, video, səs yazısı və ekran görüntüsü yaradıldığı anda həmin faylın çəkildiyi yerin dəqiq konum məlumatını özündə saxlayır:
“Telefon hər bir media faylı üçün avtomatik olaraq GPS koordinatlarını yazır. Bu o deməkdir ki, araşdırma aparanlar foto çəkdiyiniz, video çəkdiyiniz, ekran görüntüsü aldığınız və ya hər hansı media yaratdığınız anda harada olduğunuzu dəqiq müəyyən edə bilərlər.”
Bu səviyyədə metadata insanın hərəkətlərini, davranışlarını və zaman cədvəlini inanılmaz dəqiqliklə izləyə bildiyini qeyd edən Daniel, cihazın URL ünvanlarını, istifadəçi adlarını, şifrələri və yüklənmiş bütün tətbiqlərin qeydini saxladığını iddia edib.
O həmçinin WhatsApp mesajlarında olduğu kimi, iPhone mesajlarında da mesaj yazılan və göndərilən anda göndəricinin tam konumunun qeydə alındığını irəli sürərək deyib:
“Hər tətbiq iz buraxır. Hər mesaj məzmundan daha artığını daşıyır. Bu analiz prosesi sübut edir ki, jailbreak edilməsə belə, araşdırmaçılar konum, şifrə, qrup məlumatları, mesaj tarixçəsi və tətbiq fəaliyyətlərinə çata bilərlər.”
Anadolu Agentliyinin müxbiri, WhatsApp-a bu iddiaların doğruluğuna dair yazılı suallar ünvanlayıb.
WhatsApp mövzu ilə bağlı cavabında bildirib ki:
“Aldığımız və topladığımız məlumat növləri, xidmətlərimizdən necə istifadə etdiyinizdən asılıdır. Xidmətləri təqdim etmək üçün müəyyən məlumatlara ehtiyacımız var və bu məlumatlar olmadan xidmətlərimizi sizə təqdim edə bilmərik. Məsələn, xidmətlərdən istifadə etmək üçün hesab yaratmaq məqsədilə telefon nömrənizi verməlisiniz.”
Xidmətlərdən istifadə zamanı əlavə məlumatların toplanmasını tələb edən isteğe bağlı funksiyalar olduğunu qeyd edən WhatsApp deyib:
“Bu cür məlumat toplama barədə sizə uyğun şəkildə məlumat verilir. Hər hansı funksiyanı istifadə etmək üçün tələb olunan məlumatları təqdim etməsəniz, həmin funksiyanı istifadə edə bilməzsiniz. Məsələn, cihazınızdan yer məlumatlarını toplamağımıza icazə verməsəniz, konumunuzu kontaktlarınızla paylaşa bilməzsiniz.”
Bununla yanaşı, WhatsApp icazəsiz konum məlumatı topladığına dair iddialara cavab verməyib.