Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Nyukasl” UEFA-ya şikayət
“Nyukasl” UEFA-ya şikayət
İdman

“Nyukasl” UEFA-ya şikayət ünvanlayacaq

Xpress.az Redaksiyası 27.11.2025 21:05

İngiltərənin “Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ünvanlayacaq.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, buna Fransa polisinin klubun azarkeşlərinə qarşı ədalətsiz münasibəti səbəb olub.

İngiltərə təmsilçisi təhlükəsizlik qüvvələrinin bu davranışını kəskin pisləyib və güc tətbiqinin lüzumsuz olduğunu vurğulayıb.

Qeyd edək ki, “Marsel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra “Nyukasl” 9 xalla 11-ci, Fransa klubu isə 6 xalla 21-ci pillədə qərarlaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək