Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman UEFA "Qarabağ"ı
UEFA "Qarabağ"ı
İdman

UEFA "Qarabağ"ı CƏZALANDIRDI

Xpress.az Redaksiyası 27.11.2025 23:06

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək