Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus...
Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan
Cəmiyyət

Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan - Açıqlama

Xpress.az Redaksiyası 27.11.2025 23:48

Bu gün Gəncədə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı “BakuBus” MMC açıqlama yayıb.

“Bu gün saat 16:17 radələrində “BakuBus” MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır. “BakuBus” olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək