Türkiyədən gələn vəkillər müəllif və varislərlə görüş keçirib- FOTOLAR
Xpress.az xəbər verir ki, Türkiyədən Azərbaycana gələn hüquqşünas və Türkiyə vəkillər kollegiyasının üzvləri ilə görüş keçirilib. Belə ki, əqli mülkiyyət hüquqlarının qorunması üzrə ixtisaslaşan və bir çox görkəmli sənətkarın hüquqlarını qoruyan vəkillər Şükrü Sarıdere, Muammer Uysal, İbrahim Gögsu burada olan söz yazarları, bəstəkarlar və digər sənət sahələrindəki əsər sahibləri ilə dialoq qurublar. Tədbirdə çıxış edən bir çox bəstəkar, varis müəllif hüquqlarının pozulduğunu, bunun müqabilində heç bir qonorar qazanmadıqların bildiriblər. Tədbirdə çıxış edən “Müəllif Hüquqları Uğrunda” ictimai birliyin sədr müavini Zamiq Yunisov hüquqları pozulan müəlliflərə və varislərə müraciət ünvanlayıb.


