Cəmiyyət
Ağdərə və Xocalı ilə bağlı 11 milyon manatlıq layihənin qalibi bilindi
Xpress.az Redaksiyası
28.11.2025 12:38
Ağdərə rayonu Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalı rayonu Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatı tam yenidən qurulacaq.
Xpress.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC-nin elan etdiyi tenderin qalibi artıq müəyyənləşib.
Belə ki, işi icra edəcək şirkətin adı "Şans Construction" MMC-dir.
Layihənin icrası üçün "Azərişıq" sözügedən MMC-yə 11 milyon 201 min 656 AZN ödəyəcək.