Xalq artistindən sərt xəbərdarlıq: “Namusu itin qabağına atırsan, it də yemir”
Son zamanlar plastik əməliyyatlardan sonra ağır vəziyyətə düşənlərin sayının artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bəziləri bunu sosial bəla, digərləri müasir dəb kimi qiymətləndirir. Məsələ ilə bağlı Xalq artisti Afaq Bəşir qızı öz mövqeyini Xpress.az-a bildirib.
Sənətkar plastik əməliyyatların yaratdığı təhlükələri kəskin tənqid edib:
“Bu, sosial bəladır. Mən sənə baxıram, sən mənə, o da başqasına — bu, acı həyatın bir növ ‘meymunluğudur’. Bir söz var: bilmirsən harada bişib, deyirsən, mənə də bir çömçə qoy. Kim gedir dodağını şişirtməyə, arxasınca gənc qız gedir, düşür komaya. Bu xəstəlik baş alıb gedir. Bunun qarşısını almaq isə tam başqa məsələdir".
Afaq Bəşir qızı cəmiyyətdə bu halların səbəblərini də belə izah edib:
“Atalar deyib: namusu atırsan itin qabağına, it də yemir — çünki nə olduğunu bilmir. İnsan əvvəlcə özünü tanımalıdır. Sosial şəbəkəyə baxmaq yox, özünə baxmalıdır ki, nə edir. Ona görə kiminsə danışması artıqdır".
Xalq artisti mövzuya yenidən qayıtmaq istəmədiyini də bildirib:
“Bu mövzu ilə bağlı zamanında nə demişəmsə, demişəm. Danışılan fikir eşidilməlidir. Ona görə artıq danışmıram".
Afaq Qurbanzadə
Xpress.az