Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Boksçumuz Avropa
Boksçumuz Avropa
İdman

Boksçumuz Avropa çempionu oldu

Xpress.az Redaksiyası 29.11.2025 19:03

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.

Millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub.

Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub. Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək