Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Gənc dirijor Mədəniyyət TV-ni ironik paylaşımı ilə...
Gənc dirijor Mədəniyyət TV-ni ironik paylaşımı ilə tənqid edib
Media

Gənc dirijor Mədəniyyət TV-ni ironik paylaşımı ilə tənqid edib

Xpress.az Redaksiyası 30.11.2025 20:34

Tanınmış gənc dirijor, Prezident mükafatçısı Mustafa Mehmandarov sosial şəbəkə hesabında Mədəniyyət TV-də yayımlanan idman yarışını paylaşaraq kanalı ironik şəkildə tənqid edib.

Paylaşımında o, belə yazıb:

“Həsrətlə gözlədiyimiz mədəni hadisə hal-hazırda canlı yayımda Mədəniyyət TV-də... Bu ‘kanalın’ bütün rəhbərliyinə minnətdaram! Necə də gözəl və düşünülmüş mədəni təbliğat...”

Mehmandarov paylaşımına kanalın loqosu ilə birlikdə Formula 1 yarışının görüntüsünü də əlavə edib. Dirijorun ironik mesajı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və kanalın yayım siyasəti ilə bağlı müxtəlif fikirlər yaradıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək