Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Şəhidim – Qəhrəmanım” inşa müsabiqəsi!
“Şəhidim – Qəhrəmanım” inşa müsabiqəsi!
Cəmiyyət

“Şəhidim – Qəhrəmanım” inşa müsabiqəsi!

Xpress.az Redaksiyası 01.12.2025 13:19

“Şuşa” Peşəkar Futbol Klubu (PFK) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə üzrə bütün məktəbliləri “Şəhidim – Qəhrəmanım” adlı xüsusi inşa müsabiqəsinə dəvət edir.

Xpress.az reyd.az-a istinadən xəbər verir ki, bu layihənin məqsədi – qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və hər bir uşağa öz seçdiyi bir şəhidin həyatını daha dərindən tanımaq imkanı yaratmaqdır. Müsabiqə həm də klubumuzda futbol təhsili alan şəhid övladları üçün mənəvi dəstək və həmrəylik mesajı daşıyır.

İştirak qaydaları
Yaş həddi: 16 yaşadək bütün uşaqlar

Mövzu: İstənilən bir Azərbaycan şəhidinin həyatına və qəhrəmanlığına həsr olunmuş inşa

Həcmi: 300–700 söz

Format: Word və ya PDF

İnşa ilə birlikdə:

Uşağın adı, soyadı

Məktəbi və şəhəri

Seçdiyi şəhidin adı, soyadı və qısa bioqrafik məlumat

Qiymətləndirmə meyarları

Mövzunun düzgün və səmimi şəkildə açılması

Uşağın özünəməxsus dili və yanaşması

Orijinallıq
Dil və üslub mədəniyyəti

Şəhid barədə məlumatların doğruluğu

Nəticə və mükafatlar
Müsabiqə üzrə seçilən ən yaxşı 100 inşa xüsusi kitab şəklində nəşr olunacaq.

Qalibləri isə aşağıdakı mükafatlar gözləyir:

1-3-cü yerlər üçün xüsusi kubok və hədiyyə dəstləri

İlk 10-luğa diplom və təşəkkür plaketi

Kitaba düşən hər bir uşağa kitab və iştirakçı sertifikatı

“Şuşa PFK futbolçuları ilə görüş
Klubun xüsusi qonaq günü və fotossesiya

Yekun olaraq, müsabiqənin bağlanış mərasimində kitabın təqdimatı və qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

“Şəhidim – Qəhrəmanım” müsabiqəsi ilə hər bir uşaq bir qəhrəmanın hekayəsini yazacaq, biz isə birlikdə onların xatirəsini yaşadacağıq.

Gəlin, həmrəy olaq, şəhidlərimizi unutmayaq, gənclərimizin qəlbində vətən sevgisini daha da gücləndirək.

Bir inşa, bir xatirə, bir qəhrəman!
Son müraciət tarixi: 31.12.2025.

Qaliblər son müraciət tarixindən 15 gün sonra açıqlanacaq.

Qeydiyyat və suallar üçün əlaqə: +994702372227

Hazır inşalarınızı aşağıdakı mail adresinə göndərin:

officialshushapfc@gmail.com

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək