Dünya
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi istefaya göndərildi
Xpress.az Redaksiyası
01.12.2025 17:31
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov istefaya göndərilib.
Bu barədə məlumatı Qırğızıstan Prezidenti Sadır Japarovun Mətbuat xidməti yayıb.
Həmin posta Rustam Mamasadıkov təyin edilib. O bu təyinata qədər ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini olub.
Fotoda: Rustam Mamasadıkov
