Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan "Yutong" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,60 manat təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.