Cəmiyyət
Bu il 138 uşaq övladlığa verilib - Rəsmi
Xpress.az Redaksiyası
01.12.2025 20:06
Bu il daha 138 uşaq övladlığa verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Eyni zamanda, ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayının 57-ə çatdığı qeyd olunub.
İclasda yeni hazırlanmış 100 peşə və kvalifikasiya standartı da təsdiq edilib.