Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Qəbələ" - "Turan Tovuz" oyunu
"Qəbələ" - "Turan Tovuz" oyunu
İdman

"Qəbələ" - "Turan Tovuz" oyunu TƏXİRƏ düşdü

Xpress.az Redaksiyası 08.12.2025 20:45

Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan "Qəbələ" - "Turan Tovuz" oyununun davamı sabah keçirilməyəcək.

Peşəkar Futbol Liqasından (PFL)  bildirilib ki, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Matçın keçirilmə tarixi ilə bağlı PFL-in İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək