Kriminal
Zaqatala sakininin meyiti tapıldı
Xpress.az Redaksiyası
08.12.2025 23:01
Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.
Hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.