Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Sumqayıt" "İmişli"yə
"Sumqayıt" "İmişli"yə
İdman

"Sumqayıt" "İmişli"yə qalib gəlib

Xpress.az Redaksiyası 09.12.2025 21:46

Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.

"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək